“AZAL”ın təyyarələri “Şeremetyevo” aeroportuna uçmur

  “AZAL”ın təyyarələri  “Şeremetyevo” aeroportuna uçmur
  06 May 2019    Oxunub:2512
“AZAL” və “Buta Airways” şirkətinə aid təyyarələr Moskvanın "Şeremetyevo" hava limanına uçuşlar həyata keçirmir.

Bu barədə Azvision.az -a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin İctimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.
Onun sözlərinə görə, hər iki şirkətə məxsus təyyarələr Moskvanın yalnız “Domodedovo” və “Vnukova” hava limanlarına uçur. Bakıdan “Şeremetyevo" hava limanına isə “Aeroflot” şirkətinə aid təyyarələrinin uçuşu həyata keçirilir.

“Aeroflot” şirkətinin yaydığı məlumata görə, 5 və 6 may tarixlərində "“Şeremetyevo" hava limanına enməli olan 20 reys təxirə salınıb.

Qeyd edək ki, Bakı-Moskva və Moskva-Bakı aviareyslərində ləngimələr müşahidə olunur. Moskanın "Şeremetyevo" hava limanında Bakıya gələn təyyarənin eniş vaxtı 14:05-dən 13:05-ə keçirilib. Bundan başqa, Bakıdan Moskvaya olan reys saat 15:10-dan 17:00-a təxirə salınıb.

Xatırladaq ki, dünən Moskvanın "Şeremetyevo" hava limanında "Sukhoi Superjet 100" təyyarəsində yanğın baş verib. Hadisə nəticəsində 41 nəfər həlak olub.

Aytən Zəhra
Azvision.az




Teqlər: AZAL  





Xəbər lenti