Ağdaşda qadının bank hesabından pul oğurlanıb

Ağdaşda qadının bank hesabından pul oğurlanıb
  06 May 2019    Oxunub:1468
Ağdaş Rayon Polis Şöbəsinə müraciət edən Ərəb kənd sakini olan qadın mayın 1-də bank hesabından 225 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəhər sakini Mahir İsmayılov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma aparılır.

Azvision.az






Teqlər: DİN   Oğurluq   Ağdaş  





Xəbər lenti