“İndiki Azərbaycan inkişaf, tərəqqi deməkdir” - Əli Əhmədov

 “İndiki Azərbaycan inkişaf, tərəqqi deməkdir” -    Əli Əhmədov
  06 May 2019    Oxunub:2407
"Bütün Azərbaycan xalqı bu gün ulu öndər Heydər Əliyevn xatrəsini dərin ehtiramla yad edir. Bu, təsadüfi deyil. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətinə xalq dərin hörmət və ehtiramla yanaşır"
Azvision.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov “Heydər Əliyev irsi və sosial siyasət” adlı konfransda deyib.

Ə.Əhmədov bildirib ki, Heydər Əliyevn xatirəsi nəinki insanların qəlbində yaşayır, eyni zamanda onun siyasəti bu gün də davam edir: “Bugünkü Azərbaycan Heydər Əliyev ideyalarının bariz nümunəsidir. Azərbaycan yüksəliş, inkişaf, tərəqqi, rifah, sabitlik və təhlükəsizlik deməkdir. Bugünkü Azərbaycan sabahın daha yaxşı olancağına inamdan ibarətdir”.

Baş nazirin müavini vurğulayıb ki, Heydər Əliyevin böyük dövlətçilik təcrübəsində sosial məsələlər daim əhəmiyyətli yer tutub və bu da ulu öndərin insanların qəlbində yer tapmasının izahlarından biri ola blər: "Prezident İlham Əliyevin uğurla reallaşdırdığı siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı, sosial vəziyyətin yaxşılaşdırılması kimi mühüm məsələlər dayanır. Ən mühüm məsələ birinci vətəndaşın təhlükəsizliyinin təmin edilməsi, ikinci isə rifahının yaxşılaşdırılmasıdır. Azərbaycan dövləti hər iki vəzifəni layiqincə yerinə yetirib. İnsanların güzaranının yaxşıladırılması Prrezident İlham Əliyevin siyasətinin ən başlıca məsələlərindən biridir. Nə həyata keçirilirsə insanla, insanın həyatının yaxşılaşdırılması ilə bağlıdır”.

Ə.Əhmədov vurğulayıb ki, Prezident İlham Əliyev vətəndaşların rifahının yaxşılaşdırılması üçün daim addımlar atır: "Son bir neçə ayda Prezident tərəfindən imzalanan fərman və sərəncamlar vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə əhəmiyətli dərəcədə təsir edib. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində bundan sonra da addımlar atılacaq".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Əli-Əhmədov   YAP  





Xəbər lenti