YAP rəsmiləri bir araya toplandı - FOTOLAR

  06 May 2019    Oxunub : 1260
 YAP rəsmiləri bir araya toplandı - FOTOLAR
Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Heydər Əliyev və sosial siyasət” mövzusunda tədbir keçirilib.
Azvision.az -ın məlumatına görə, tədbirdə çıxış edən YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədov bildirib ki, bu gün bütün Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatrəsini dərin ehtiramla yad edir.

O, vurğulayıb ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətinə xalq dərin hörmət və ehtiramla yanaşır: "Heydər Əliyevin xatirəsi nəinki insanların qəlbində yaşayır, eyni zamanda onun siyasəti bu gün də davam edir. Bugünkü Azərbaycan Heydər Əliyev ideyalarının bariz nümunəsidir. Bugünkü Azərbaycan yüksəliş, inkişaf, tərəqqi, rifah, sabitlik və təhlükəsizlik deməkdir. Bugünki Azərbaycan sabahın daha yaxşı olacağına inamdan barətdir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev isə bildirib ki, ulu öndərin dövlətçilik siyasətinin əsasını sosial siyasət, ölkə əhalisinin layiqli həyat şəraitinin qurulması təşkil edirdi.

Nazir qeyd edib ki, 1993-2003-cü illərdə müşahidə edilən çətinliklərə baxmayaraq, pensiya və müavinətlər 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfə artırılıb. Heydər Əliyevin bu siyasəti Prezident Ilham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra tədbir bədii hissə ilə davam edib.
















Elvin Abdulqədirov
Foto: Şahin Sərdarov

Azvision.az

Teqlər: YAP   Heydər-Əliyev   Tədbir