Test imtahanının nəticələri açıqlandı

  12 May 2019    Oxunub : 773
Test imtahanının nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzinin (DİM) Ədliyyə Nazirliyi ilə birlikdə Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanının nəticələri açıqlanıb.
DİM-dən Azvision.az -a verilən məlumata görə, imtahanın nəticələri bu gün saat 14:07-dən etibarən mərkəzin internet saytında yerləşdirilib.

İmtahanda iştirak üçün namizədliyi qeydə alınmış 384 nəfərdən 83-ü imtahana gəlməyib. 55 və daha çox bal toplamış 165 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.

Azvision.az

Teqlər: DİM   İmtahan