Bölmə rəisi: “Həmin video 2015-ci ildə çəkilib”

  14 May 2019    Oxunub : 908
 Bölmə rəisi: “Həmin video 2015-ci ildə çəkilib”
Azərbaycan bazarlarında satılan nərə cinsli balıqların 99,9 faizi ölkəyə xaricdən gətirilir.
Azvision.az xəbər verir ki, bunu Su Nəqliyyatında Polis İdarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda nərə cinsli balıqların yetişdirilməsi ilə məşğul olan fermalardan da balıqlar yerli bazarda satışa çıxarılır.

"Son günlər nərə cinsli balıqlarının ovlanması ilə bağlı yayılan video 2015-ci ildə çəkilib.Onlar Azərbaycan vətəndaşları olsa da, balığın ovlanması Azərbaycana məxsus olan su hövzəsində çəkilməyib".

Aytən Zəhra
Azvision.az

Teqlər: Rəis   Balıq