Komitə sədri Tovuzda qəbul keçirəcək

Komitə sədri Tovuzda qəbul keçirəcək
  16 May 2019    Oxunub:1599
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 21-də saat 10:00-da Tovuz Rayon Heydər Əliyev Mərkəzində Tovuz və Şəmkir rayonlarının sakinlərini qəbul edəcək.
Komitədən Azvision.az -a verilən məlumata görə, həmin tarixdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Ağstafa və Qazax, sədr müavini Gündüz İsmayılov isə Gədəbəy rayon sakinləri ilə görüşəcək. Qəbullar Ağstafa Rayon Heydər Əliyev Mərkəzi və Gədəbəy Rayon Heydər Əliyev Mərkəzində saat 10:00-da başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Rasim Tağıyev. Əlaqə vasitələri: mob: (055) 414 62 85, telefon: 022 315 38 91, elektron poçt ünvanları: [email protected], [email protected], [email protected].

Azvision.az



Teqlər: DQİDK   Qəbul  





Xəbər lenti