Bəzi yollarda rənglənmə işləri aparılır

Bəzi yollarda rənglənmə işləri aparılır
  16 May 2019    Oxunub:2024
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Mərdəkan yol qovşağından Heydər Əliyev adına Beynəlxalq hava limanı yol qovşağına kimi, həmçinin Fətəli xan Xoyski küçəsində axşam saatlarınadək üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, bu səbəbdən sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azvision.az


Teqlər: AAYDA   Yol  





Xəbər lenti