Baş nazir Bakı Ekspo Mərkəzindəki sərgidə - FOTOLAR
Baş Nazirə məlumat verilib ki, sərgilərdə dünyanın 32 ölkəsini, ümumilikdə, 440 şirkət, eləcə də 11 milli və regional qrup təmsil edir. “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində Azərbaycan ilə yanaşı, Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya və digər ölkələrdən şirkətlər yer alır. İtaliya, Türkiyə, Belarus, Gürcüstan, Niderland Krallığı və Şri-Lanka sərgidə milli stendlərlə iştirak edirlər. Stendlərdə ən müasir kənd təsərrüfatı texnikası, əkin-biçin aqreqatları, kənd təsərrüfatı məhsulları təqdim olunur.
Sərgilər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), AZPROMO, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir.
Baş Nazir Novruz Məmmədov hər iki sərginin pavilyonları ilə tanış olub.
Azvision.az
Teqlər: Baş-Nazir Novruz-Məmmədov