"Şəffaflıq Azərbaycan" təşkilatı beynəlxaq tədbirə qatılıb
Tədbirdə XXI əsrdə siyasi korrupsiya problemləri, siyasətdə pul, dövlət resurslarından sui-istifadə, ictimai maliyyə və korrupsiya, ictimai dürüstlük mövzularında müzakirələr, fikir mübadiləsi aparılıb.
Beynəlxalq Şəffaflıq Təşkilatının milli bölməsi "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin nümayəndəsi Ramil İskəndərli tədbirdə ictimaiyyətin bilik səviyyəsinin artırılması, dürüstlülük və işgüzar etikanın formalaşması, korrupsiyanın səbəbləri, bu təhlükəli ictimai fenomeninin azaldılması və digər istiqamətlərdə fəaliyyətlərin vacibliyi ilə əlaqədar müzakirələrdə fəal iştirak edib, təkliflərləri səsləndirib.
Xatırladaq ki, "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən təsis edilmiş və tam səlahiyyətli milli bölmə kimi akkreditasiyadan keçib. Transparency International bütün dünyada korrupsiyaya qarşı mübarizədə aparıcı beynəlxalq qeyri-hökumət təşkilatıdır. Beynəlxalq katibliyi Berlin şəhərində yerləşən Transparency International təşkilatı dünyanın 90-dan çox ölkəsində yerləşən milli bölmələri vasitəsilə həyata keçirilən korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini əlaqələndirir.
Azvision.az