Bu ərazilərdə təmir və rənglənmə işləri aparılır

Bu ərazilərdə təmir və rənglənmə işləri aparılır
  17 May 2019    Oxunub:1836
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saatlarından etibarən, Bakı-Quba-Rusiya yolunun 10-50 kilometrlik hissəsində nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, təmir axşam saatlarınadək davam edəcək.

Bundan başqa, axşam saatlarınadək Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq Hava Limanınından Mərdəkan yol qovşağına kimi yolun hər iki istiqamətində, axşam saat 22:00-dan səhər saatlarınadək isə Həsənoğlu küçəsi, Heydər Əliyev mərkəzinin yan yolu, Xətai prospektində və Sabunçu Dəmiryolu stansiyasının qarşısı ilə Sabunçu ticarət mərkəzinin yanında da üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu üzdən sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azvision.az



Teqlər: Yol   Təmir  





Xəbər lenti