“Neft çıxarılanda təhlükəli deyildi, “Arsenal” gələndə təhlükəli oldu?”

 “Neft çıxarılanda təhlükəli deyildi, “Arsenal” gələndə təhlükəli oldu?”
  17 May 2019    Oxunub:9209
“İdman oyununu siyasətə qatırlar. Böyük Britaniyanın ən böyük şirkətləri on illərdir Azərbaycanda işləyir. Nədənsə, o vaxt yadlarına düşmürdü ki, Azərbaycan təhlükəli ölkədir. Azərbaycandan neft çıxarılanda təhlükəli deyildi, "Arsenal"ın 3 oyunçusu gələndə, ölkəmiz təhlükəli zona olur və turistlərin gəlməsi ilə bağlı fikirlər söylənilir. Biz bu məsələlərə münasibətimizi bildirməliyik”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Siyavuş Novruzov deyib.

Komitə sədri qeyd edib ki, Azərbaycan dünyanın ən təhlükəsiz ölkəsidir: “Belə olan halda, Azərbaycan haqqında ədalətsiz fikirlər səsləndirilir. Deyirlər ki, Azərbaycanın hava uçuş məkanında problemlər var. Əfqanıstana yük daşıyanda problemlər yox idi. İndi iki futbol klubu ölkəmizə gələndə təhlükəli olur? Belə olanda, nə olur, hava tutulur, açılır? Hava şəraiti pisləşir? Sapı özümüzdən olan baltaları töküblər ora, erməni lobbisi tərəfindən 5 manat pul verilir, ölkəmizin haqq işlərinin əleyhinə düzgün olmayan informasiyalar yayırlar”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Deputat   Futbol  





Xəbər lenti