Deputatlardan qanun layihəsinə etiraz: “Gündəlikdən çıxarılsın!”
“Bu layihəni hazırlayanlar niyə cənab Prezidentin siyasətinə zidd gedirlər? Bu, araşdırılmalıdır. Akkreditasiyanın dövlət öz vəsaiti hesabına ödəyib, deyə bilməz ki, ay vətəndaş, sənin özəl təhsil müəssisəsində oxuyan uşağına da dəstək verirəm. Bu, vətəndaş üçün böyük vəsaitdir. Prezident İlham Əliyev bu ili sosial rifah ili elan edibsə, biz də buna əməl edək, dəstək verək. Bu maddə gündəlikdən çıxarılsın və geri qaytarılsın”– deyə deputat vurğulayıb.
Milli Məclisin deputatları Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Eldar Quliyev də qanun layihəsinin əleyhinə olduğunu vurğulayıblar.
Ziyad Səmədzadə isə çıxışında qeyd edib ki, bu, birinci oxunuşdur və deputatların fikirləri müzakirə olunacaq, nəticə çıxarılacaq.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Milli-Məclis Qanun Layihə