İstirahət zonaları nəzarətə götürülüb - Səbəb nədir?

   İstirahət zonaları nəzarətə götürülüb -    Səbəb nədir?
  17 May 2019    Oxunub:2888
Qida Təhlükəsizliyi Agentliyi Dövlət Turizm Agentliyi ilə birgə yay mövsümü ilə əlaqədar istirahət zonalarında qida təhlükəsizliyinə nəzarət tədbirləri həyata keçirir.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, istehlakçıların sağlam qida ilə təmin olunması üçün Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun ekspertləri tərəfindən istirahət zonaları nəzarətə götürülüb.

AQTA sədri, həmçinin Azərbaycan məhsullarının Avropa bazarlarına çıxarılması üçün mövcud olan standartların beynəlxalq standartlara uyğun olduğunu vurğulayıb.

"Hazırda Azərbaycanın bitkiçilik məhsullarının ixracı Avropa bazarlarına geniş vüsət alıb. Bu sahədə Azərbaycanın verdiyi fitosanitar və sağlamlıq sertifikatları beynəlxalq qurumlar tərəfindən tanınır. Məhsullarımız Avropa Ittifaqı ölkələrinə asanlıqla ixrac olunur".

Aytən Zəhra
Azvision.az


Teqlər: AQTA   Qoşqar-Təhməzli  





Xəbər lenti