“Biz xalqa “can” desək, onlar bizə “azar” deyəcək” - Deputat

“Biz xalqa “can” desək, onlar bizə “azar” deyəcək” -  Deputat
  17 May 2019    Oxunub:3515
“Bizə deyirlər ki, xalqı çaşdırırsınız. “Biz xalqa “can” desək, onlar bizə “azar” deyəcək. Amma xalqımız bilməlidir ki, onları yoldan çıxaran müxalifət bizi gözdən salır”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib. Onun sözlərinə görə, dodaq bir qurtum suya həsrət olan kimi, biz də Qarabağımızı istəyirik:

“1992-ci ildə Şuşa işğal ediləndə çoxumuz az qala intihar eşqinə düşmüşdük. Paşinyan siyasi əxlaqsızlığın ən böyük nümunəsini göstərir. O, bizə acıq verir. Kim bizim torpağımızı almağa qoymur? Açıqlansın, bilək. Rusiyadırmı, Fransadırmı, bilməliyik. Biz torpaqlarımızı işğaldan azad etməliyik”

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Tahir-Kərimli  





Xəbər lenti