Arif Məlikovun xatirəsi əbədiləşdirilir - Sərəncam

 Arif Məlikovun xatirəsi əbədiləşdirilir -   Sərəncam
  17 May 2019    Oxunub:2226
Prezidenti İlham Əliyev mayın 17-də Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, Fəxri xiyabanda Arif Məlikovun qəbirüstü abidəsi qoyulacaq və paytaxtımızdakı küçələrdən birinə bəstəkarın adı veriləcək. Eyni zamanda, Sərəncamda müvafiq qurumlara Bakı şəhərində Arif Məlikovun heykəlinin ucaldılması və paytaxtımızda yerləşən musiqi məktəblərindən birinə görkəmli bəstəkarın adının verilməsi barədə göstəriş verilib.

Azvision.az



Teqlər: Arif-Məlikov   Sərəncam  





Xəbər lenti