İnsan haqlarına dair beynəlxalq seminar başa çatıb - Fotolar

   İnsan haqlarına dair beynəlxalq seminar başa çatıb -    Fotolar
  17 May 2019    Oxunub:1719
Beynəlxalq Prokurorlar Assosiasiyasının və Azərbaycan Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə keçirilən “Ədalət mühakimə sistemində insan haqları ilə bağlı qarşıda duran məsələlər” mövzusunda beynəlxalq seminar işini başa çatdırıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, tədbir çərçivəsində ekspertlər tərəfindən Avropa İnsan Hüquqları Konvensiyası kontekstində azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqları, informasiya sahəsində insan hüquq və azadlıqlarının təmin olunması barədə iştirakçılara ətraflı məlumat verilib.



Eləcə də digər mövzularla bağlı ortaya çıxan problemlər və onların həlli yolları, Avropa İnsan Hüquqları Məhkəməsinin həmin məsələlərə yanaşması, prioriterləri və yeni istiqamətləri ətraflı müzakirə edilib.



Seminarda təqdimatlar dinlənilib, praktiki məsələlər müzakirə olunub, iştirakçıların sualları beynəlxalq ekspertlər tərəfindən cavablandırılıb. Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub. Seminar iştirakçıları tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Azvision.az


Teqlər: Beynəlxalq-Prokurorlar-Assosiasiyası  





Xəbər lenti