Roman Qolovçenko Azərbaycan silahlarına baxdı

 Roman Qolovçenko Azərbaycan silahlarına baxdı
  17 May 2019    Oxunub:2645
Mayın 17-də Minskdə keçirilən “MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisində Belarus Respublikası Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Roman Qolovçenko Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) stendini ziyarət edib.
Komitə sədri MSN-in stendində nümayiş etdirilən məmulatları böyük maraqla izləyib.

MSN-dən Azvision.az -a verilən məlumata görə, ziyarət zamanı nazirliyin nümayəndələri ilə görüşən Roman Qolovçenko “MILEX-2019” sərgisində Azərbaycanın stendlə təmsil olunmasından məmnunluğunu ifadə edib.

Qeyd edək ki, sərgi işini mayın 18-də yekunlaşdıracaq.

Azvision.az



Teqlər: MNS   Silah   Sərgi  





Xəbər lenti