"Yüksək vəzifələrdə kişilər çoxluq təşkil edir" - Komitə sədri

   "Yüksək vəzifələrdə kişilər çoxluq təşkil edir" -    Komitə sədri
  18 May 2019    Oxunub:2739
"Gender bərabərliyi Azərbaycan dövlətinin siyasətində həmişə önəmli yer tutub. Bizə yalnız qadınlar deyil, kişilər də müraciət edirlər. Çünki biz cəmiyyətdə bərabərliyi qorumaq istəyirik".
Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Gənclər təşkilatlarının dayanıqlı inkişaf məqsədləri naminə" konfransda çıxışı zamanı deyib. H.Hüseynova qeyd edib ki, bu gün artıq gender bərabərliyi Azərbaycan cəmiyyətində mühüm amil kimi qəbul edilir.

"Cəmiyyətin inkişaf etməsi üçün qadınların inkişafını çox vacibdir. Əhalinin yarısını təşkil edən qadınlar inkişaf etməsə, ölkənin demoqrafik inkişafından da danışmaq olmaz. Qadınların özünə inamı, peşəsini düzgün seçməsi vacibdir. Bu gün hansısa peşədə qadınların sayı kişilərə nisbətən daha çoxdur, amma bir pillə yuxarı vəzifəyə seçildikdə qadınların sayı azalır.
Elə sahələr var ki, qadınlar kişilərdən daha çoxdur. Məsələn, təhsil, səhiyyə və mədəniyyət sahələrində qadınlar daha çoxdur. Amma bu sahələrdə yüksək vəzifələrdə kişilər çoxluq təşkil edir. Qadınlar ona görə vəzifəyə seçilmirlər ki, onlar qadındırlar. Belə deyil. Qadınların özlərinə inamı yoxdur, bu inamı artırmaq lazımdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Qadın   Kişi  





Xəbər lenti