Cocuq Mərcanlıda iftar süfrəsi açılıb - FOTOLAR
Tədbiri giriş sözü ilə açan Cocuq Mərcanlı kəndi üzrə ərazi nümayəndəsi Atakişi Atakişiyev təşkil edilmiş iftar süfrəsi üçün minnətdarlığını bildirib. Fondun icraçı direktoru Mehman İsmayılov tədbir iştirakçılarını salamlayaraq onları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib. M.İsmayılov qeyd edib ki, şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Məhz qazilərimizin və şəhidlərimizin canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur.
İftar süfrəsində çıxış edən Fondun icraçı direktor müavini Ceyhun Əliyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri və imamı Elman Piriyev və digərləri müqəddəs Ramazan ayında şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçıları ilə iftar süfrəsində bir araya toplaşmağın qürurverici olduğunu diqqətə çatdırıblar.
İftar mərasimində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri yad edilib.
Azvision.az
Teqlər: İftar