Bakıda ticarət mərkəzində yanğın olub, xəsarət alanlar var - FOTOLAR

 Bakıda ticarət mərkəzində yanğın olub, xəsarət alanlar var -  FOTOLAR
  19 May 2019    Oxunub:7925
Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən ticarət mərkəzinin zirzəmisində yanğın baş verib.

Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə yerinə 7 təcili tibbi yardım briqadası cəlb edilib.
Məlumata görə, 4 nəfər hospitalizasiya edilib. Xəsarət alanlardan 2-i qadın ,1-i kişidir. Onlar Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Digər bir qadın isə qıcolma ilə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Bir neçə nəfərə isə hadisə yerində yardım göstərilib.




Azvision.az



Teqlər: SN   Yanğın  





Xəbər lenti