AzTV yeni layihəyə start verir
Tok-şounun məkanı hərbi üslubda qurulmuş çadırdan ibarət olacaq, iştirakçılar və qonaqlar isə hərbi geyimdə olacaqlar. Mövzular müxtəlifliyi ilə seçiləcək.
Qurumdan həmçinin deyilib ki, hərbi vətənpərvərlik mövzusu "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də son aylar prioritet sahələrdəndir, bu məsələyə həssas yanaşılır. Bu səbəbdən yeni yaradılan “GəncSən”, “Nəsillərin debatı”, "Döyüşçü" kimi tok-şoular artıq efirə çıxır.
Bundan başa, Azərbaycan Radiosunda “Əsgər istəyi”, “Hərb tariximizdən”, “Vətən yaşasın” verilişləri rəngarəng mövzularla efirdədir. Hətta son vaxtlar aparılan islahatlar nəticəsində bu verilişlərdən “Vətən yaşasın” verilişinin yayım sayı artırılaraq həftədə 4 dəfəyə çatdırılıb.
Sonda bildirilib ki, Azərbaycan Televizya və Radiosu bundan sonra da gənclik, hərbi vətənpərvərlik mövzusunu daim prioritet sahə kimi diqqətdə saxlayacaq.
Azvision.az
Teqlər: AzTV