Səudiyyə vəliəhdi Prezidentə məktub göndərdi

   Səudiyyə vəliəhdi Prezidentə məktub göndərdi
  20 May 2019    Oxunub:1987
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Azvision.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına daha böyük inkişaf və rifah arzu edirəm".

Azvision.az



Teqlər: Prezident   Təbrik  





Xəbər lenti