Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada

Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada
  21 May 2019    Oxunub:1842
Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskva şəhərində keçirilən “Beynəlxalq ordu oyunları - 2019” yarışlarının növbəti beynəlxalq konfransında iştirak edib.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbir zamanı yarışların şərtləri və qaydaları, hazırlıq işləri müzakirə olunub, eləcə də müsabiqənin təşkil olunacağı ərazilərə baxış keçirilib.

Hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Ordusunun nümayəndələrinin “Dəniz kuboku”, “Tank biatlonu”, “Artilleriya atəşi ustaları”, “Snayper həddi”, “Hərbi-tibbi estafet” və “Səhra mətbəxi” müsabiqələrində iştirakı planlaşdırılır.

Qeyd edilib ki, “Beynəlxalq ordu oyunları - 2019” yarışlarının cari il avqustun 3-dən 17-dək keçirilməsi nəzərdə tutulur.



Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi   General   Moskva  





Xəbər lenti