“Azərbaycanla saziş ilin sonuna qədər imzalana bilər” - Aİ rəsmisi

 “Azərbaycanla saziş ilin sonuna qədər imzalana bilər” -   Aİ rəsmisi
  21 May 2019    Oxunub:2487
"Azərbaycanla Avropa İttifaqı arasında müzakirəsi davam edən yeni əməkdaşlıq və tərəfdaşlıq sazişinin ilin sonuna qədər imzalanması nəzərdə tutulur"
Bunu Azvision.az -a açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib. Onun sözlərinə görə, sazişlə bağlı şərtlər tərəflər arasında müzakirə olunur:

"Eyni zamanda, Azərbaycanla Avropa İttifaqı arasında müştərək aviasiya sazişi üzərində danışıqlar davam etdirilir. Danışıqlar aparılan hər iki sazişin ilin sonuna qədər imzalanması nəzərdə tutulur. Hesab edirəm ki, bu iki saziş bir tərəfdən turizmin inkişafına, digər tərəfdən ticarət əlaqələrinin daha geniş vüsət almasına töhfə verə bilər".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər:   Saziş  





Xəbər lenti