AŞPA-da yeni siyasi qrup yaradılır

AŞPA-da yeni siyasi qrup yaradılır
  22 May 2019    Oxunub:2078
Mayın 23-24-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Büro və Daimi Komitə iclasları keçiriləcək.
Azvision.az xəbər verir ki, tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

İclaslarda AŞPA-da Yeni siyasi qrupun yaradılması, AŞ-yə yeni baş katibin seçilməsi, Ukraynada, Şimali Makedoniyada keçirilmiş prezident seçkilərinin nəticələri, Qazaxıstanda keçiriləcək prezident seçkiləri, Ukraynada keçiriləcək parlament seçkilərinin müşahidəsi ilə bağlı müzakirələr aparılacaqdır.

Səməd Seyidov müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcək.

Azvision.az



Teqlər: AŞPA  





Xəbər lenti