“Venesuela ABŞ üçün təhlükədir” - Səfir Berroteran

“Venesuela ABŞ üçün təhlükədir” -  Səfir Berroteran
  22 May 2019    Oxunub:2618
ABŞ -ın Venesuelaya qarşı sanksiyaları insan hüquqlarını kütləvi şəkildə pozan sistemli strategiyadır.
Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfiri Kristofer Alberto Martinez Berroteran (Christopher Berroteran) "Trump, Venesueladan blokadanı aradan qaldır" adli beynəlxalq kampaniyanın rolunu aydınlaşdırmaq üçün mətbuat konfransı keçirib.

Azvision.az xəbər verir ki, mətbuat konfransı Azərbaycan ictimaiyyətini Venesueladakı vəziyyət barədə məlumatlandırmaq məqsədi daşıyır.

Cari ilin əvvəlindən ölkəsni bürüyən böhrandan danışan səfirin sözlərinə görə, Venesuela Birləşmiş Ştatların düşünülmüş maliyyə və iqtisadi blokadasının qurbanıdır.

“Venesuelaya qarşı tətbiq olunan sanksiyaların nəticələri İraqda bomba partlayışlarının törətdiyi fəsadlarla eynidir: günahsızların ölümü, infrastruktura dəyən zərər və əhalinin əzabları... ABŞ hökumətinin sanksiya adlandırdığı birtərəfli məcburi tədbirlər Venesuela xalqının insan hüquqlarını kütləvi şəkildə pozan sistematik bir strategiyadır. Bu sanksiyalar insanlığa qarşı cinayətdir ”- səfir deyib.

O bildirib ki, 2014-2019-cu illər arasında tətbiq olunan sanksiyalar, Venesuelanın ABŞ üçün təhlükə olduğunu göstərir.

Qeyd edək ki, ABŞ-ın Venesuelaya qoyduğu sanksiyalar ölkədə maliyyə blokadası yaradıb. Venesuelanın 470 milyard dollardan çox (5.470.030.645.30 $ -red.)vəsaiti beynəlxalq banklarda dondurulub.

Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı (QH) haqqında danışan Kristofer Berroteran, bu il təşkilata sədrliyin Azərbaycana keçdiyini qeyd etdi. Səfir bildirdi ki, bu məqsədlə iki görüş keçiriləcək. İyul ayında Venesuelada keçiriləcək nazirlərin ilk toplantısına Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov da dəvət edilib.

İkinci görüş paytaxt Bakıda keçiriləcək zirvə toplantısı olacaq. Bolivar respublikasının prezidenti Nikolas Maduronun oktyabr ayında nümayəndə heyəti ilə birgə Azərbaycana səfəri gözlənilir.

Roksana Tarlan
Azvision.az


Teqlər:





Xəbər lenti