Anlaşma Memorandumu təsdiq edildi

Anlaşma Memorandumu təsdiq edildi
  22 May 2019    Oxunub:1938
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük idarələri arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.
Azvision.az xəbər verir ki, Anlaşma Memorandumu 2019-cu il martın 11-də Astana şəhərində imzalanıb.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyinə bildiriş göndərəcək.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   Memorandum  





Xəbər lenti