Çin-Azərbaycan əlaqələri strateji xarakter daşıyır

Çin-Azərbaycan əlaqələri strateji xarakter daşıyır
  23 May 2019    Oxunub:1561
“Çin-Azərbaycan əlaqələri strateji xarakter daşıyır”.
AzVision.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Xarici İşlər naziri Van Yinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib. V.Yin vurğulayıb ki, ölkəsi Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

Van Yi qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi və sosial sabitlik təmin olunub, ölkəmiz iqtisadi baxımdan davamlı inkişaf edir, əhalinin rifah halı ardıcıl surətdə yüksəlir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daim artır və möhkəmlənir. Ölkəmizin uğurlarının Çində maraqla izlənildiyini bildirən qonaq əldə olunan bu nailiyyətlər və eyni zamanda, qarşıdan gələn 28 May - Respublika Günü münasibətilə təbriklərini çatdırdı.

Qonaq Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə edərək, Bakının dünyada məşhur şəhər olduğunu və ilk saatlardan paytaxtımızın gözəlliyinin dərin təəssürat bağışladığını dedi.

AzVision.az


Teqlər: Çin   Azərbaycan  





Xəbər lenti