“Keşikçidağ”da müasir infrastruktur yaradılacaq

 “Keşikçidağ”da müasir infrastruktur yaradılacaq
  23 May 2019    Oxunub:2202
“Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna baxış keçirilib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Azvision.az -a verilən məlumata görə, institutun direktoru Telman Kərimli qoruq əməkdaşları ilə birgə ərazidəki vəziyyətlə tanış olub, qoruğun gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda ziyarətçilərin rahatlığını təmin etmək üçün müasir infrastruktur yaradılacaq.

Hazırda qoruq ərazisində əməkdaşlar üçün inzibati binanın tikilməsi ilə bağlı danışıqlar aparılır. İşçilərin qoruq ərazisində daimi olaraq iş otaqlarının olması vacibdir. Eyni zamanda ərazidəki yollar təmir-bərpa olunacaq. Qoruq ərazisində olan tarixi abidələrin konservasiyası, mühafizəsinin daha da artırılması kimi zəruri işlər həyata keçiriləcək.

Azvision.az



Teqlər: Qoruq  





Xəbər lenti