Müdafiə Nazirliyi: Ermənistanın bütün ərazisi nəzarət altındadır

  Müdafiə Nazirliyi:   Ermənistanın bütün ərazisi nəzarət altındadır
  23 May 2019    Oxunub:2752
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səsləndirdiyi fikirlərə münasibət bildirib.
Müdafiə Nazirliyindən Azvision.az -a daxil olan məlumata əsasən, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülünc doğurur və onun hərb işində diletant olduğunu göstərir.

"Nəinki Azərbaycanın işğal olunmuş əraziləri, hətta Ermənistanın bütün ərazisi tamamilə Azərbaycan Ordusunun bölmələrinin nəzarəti və müşahidəsi altındadır",- deyə nazirlik bəyan edib.

Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti