Deputat radikal müxalifətə səsləndi: “Vicdan hissini itirməyin”
"Xaricdəki radikal mövqedə dayanan bəzi azərbaycanlıların davranışında obyektivliyə yaxın mövqe yaranması diqqətdən yayınmır. Amma istərdik ki, bu, küll halında olsun, manevr xarakteri daşımasın, onların da Vətəni olan Azərbaycana sevgilərini, diqqətlərini ifadə edən mövqe olsun. Bir çox hallarda görürük ki, onların davranışları ermənilərin dəyirmənına su tökmək anlamı verir. Bir çox hallarda ermənilərdən daha çox erməni olmaq tendensiyasi müşahidə olunur ki, bu da qəbuledilməzdir. Amma bir daha vurğulayıram ki, müəyyən pozitiv davranışlar var. Çox istəyərdik ki, bu tendensiya olaraq qalmasın".
Deputat radikal müxalifətə çağırış edib: "Biz onları ağıla, sağlam məntiqə dəvət edirik. Arzu edirik ki, onlar bir gün papaqlarını qarşılarına qoyub düşünəcəklər ki, qərib ölkədə vətən həsrəti, vətən sevgisi daha böyük olur. Azərbaycan həm də onların Vətənidir. Müxalifət kimi mövcud olub iqtidarı tənqid etmək olar. Amma heç zaman Azərbaycan dövlətinə və xalqına qarşı yalanlar söyləmək olmaz. Xaricdə və ölkə daxilində radikal mövqe tutanlar kiminsə əlində alət olduqları üçün istifadə olunub atılacaqlar. İnsan vicdan və insaf hissini itirməməlidir. Onlara müraciətlə deyirəm ki, ağıla üstünlük verin, vicdan hissini itirməyin. Müqayisələr apararaq görün ki, Azərbaycan vətəndaş müharibəsindən vətəndaş həmrəyliyinə və səfərbər olmuş cəmiyyətə gəlmiş bir dövlətdir. Bu adamlar milli təəssübkeşliyi heç zaman unutmamalıdırlar".
. Azvision.az
Teqlər: Elman-Nəsirov