“DOST” mərkəzlərinin nizamnaməsi təsdiqlənib

  24 May 2019    Oxunub : 622
“DOST” mərkəzlərinin nizamnaməsi təsdiqlənib
“DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi təsdiq edilib.
Azvision.az xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 10 dekabr tarixli Fərmanının 7.4-cü bəndinin icrasını təmin etmək məqsədilə “DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi” təsdiq olunub.

Qərarda dəyişikliklər Azərbaycan Prezidentinin 2002-ci il 24 avqust tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə (yuxarı dövlət orqanı, digər aidiyyəti dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırmaqla qəbul (təsdiq) olunan normativ hüquqi aktda dəyişiklik yalnız həmin dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırıldıqdan sonra edilə bilər. Belə normativ hüquqi aktda ona dəyişiklik edilməsi qaydası göstərilməlidir – red) uyğun edilə bilər.

Azvision.az

Teqlər: DOST   Baş-Nazir   Nizamnamə