Prezident rusiyalı naziri qəbul edib - Yenilənib

 Prezident rusiyalı naziri qəbul edib -  Yenilənib
  24 May 2019    Oxunub:2928
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə naziri Maksim Topilini qəbul edib.
Azvision.az xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, sosial təminat sahəsində əlaqələr, təcrübə mübadiləsi məsələləri müzakirə edildi.

Görüşdə Rusiyada və Azərbaycanda sosial sahənin müxtəlif istiqamətləri ilə bağlı həyata keçirilən islahatlardan danışıldı, təcrübə mübadiləsinin aparılması üçün yaxşı imkanların olduğu qeyd edildi. Eyni zamanda, Maksim Topilinin səfəri zamanı müvafiq nazirliklər arasında imzalanacaq sazişin əhəmiyyətinə toxunuldu.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Azvision.az



Teqlər: Prezident   Nazir   Qəbul  





Xəbər lenti