Düşmənin təxribatlarının qarşısını alın! - Orduya tapşırıq verildi

   Düşmənin təxribatlarının qarşısını alın! -    Orduya tapşırıq verildi
  24 May 2019    Oxunub:1794
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin yekunlarına dair xidməti müşavirə keçirilib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən gecə vaxtı keçirilən genişmiqyaslı təlimlərin nəticələrini təhlil edərək Müdafiə naziri qarşıya qoyulan tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyini bildirib. Nazir təlimlərin əhəmiyyətini qeyd edərək, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb.

General-polkovnik Z.Həsənov regiondakı mövcud hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanda baş verən daxili siyasi qarşıdurmanın qoşunların təmas xəttindəki vəziyyətin gərginləşməsinə səbəb ola biləcəyini də xüsusi qeyd edib. Müdafiə naziri qoşunlara sərəncamda olan silahlardan istifadə etməklə düşmənin irimiqyaslı təxribatlarının qarşısını dərhal almağı tapşırıb.

AzVision.az



Teqlər: Ordu   Müşavirə  





Xəbər lenti