Prezident İordaniya kralını təbrik edib

  24 May 2019    Oxunub : 975
Prezident İordaniya kralını təbrik edib
Prezident İlham Əliyev İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Əlahəzrət, Əziz Qardaşım, İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim sülh və rifah arzulayıram".

Azvision.az

Teqlər: İordaniya   İlhamƏliyev