“Anatolian Phoenix-2019” təlimləri başa çatıb - FOTOLAR

  24 May 2019    Oxunub : 1023
“Anatolian Phoenix-2019” təlimləri başa çatıb - FOTOLAR
Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərinə yekun vurulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, təlimlərin bağlanış mərasimində Türkiyə Milli Müdafiə naziri Hulusi Akar və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler iştirak ediblər.

Türkiyə ordusunun rəhbərliyi təlimlərə qatılan Azərbaycan hərbçiləri ilə də görüşərək onlara sertifikatlar təqdim edib.

Beynəlxalq təlimlərə Azərbaycan Ordusunun 4 hərbi helikopteri və 60 yaxın şəxsi heyəti qatılıb.











Azvision.az

Teqlər: Təlim   Müdafiə-Nazirliyi