Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan
Azvision.az -a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər, əvvəllər də məhkum olunmuşlar 44 yaşlı şəhər sakini Mehman Mehdiyev və rayonun Mican kənd sakini 47 yaşlı Xəyyam Əhmədov saxlanılıb.
Şəxsi axtarış keçirilən zaman onların üzərindən və usta olaraq işlədikləri avtomobil təmiri emalatxanalarından şprislərə doldurulmuş narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.
Azvision.az