DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan
Azvision.az -a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən “Xaş-xaş-2019” şərti adlı kompleks əməliyyat-axtarış və proflaktik tədbirlər planına uyğun olaraq keçirilmiş tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən şəhər sakini Vüsal Vəliyev saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində aqrotexniki qaydada qulluq etdiyi 3-16 santimetr uzunluqda 40 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Azvision.az