Musa Yaqub “Xalq şairi” olmasına sevindi

  Musa Yaqub “Xalq şairi” olmasına sevindi
  25 May 2019    Oxunub:4549
“Atam səhhəti ilə əlaqədar narahatdır, amma fəxri ad almasına görə sevindi. Belə bir xəbəri eşitmək insanı kövrəldir, sevinc gətirir”

Bunu Azvision.az -a açıqlamasında bu gün Prezident İlham Əliyevin sərəncamı ilə "Xalq şairi" fərxri adı ilə təltif edilən Musa Yaqubun oğlu Şəhriyar Yaqub deyib.
O, bildirib ki, ailəsi buna görə çox sevinib: "Musa Yaqubun "Xalq şairi" adı alması təkcə onu yox, bizim hamımızı sevindirdi. Baxmayaraq ki, səhhətində problemlər var, biz gözləmədən şad xəbər aldıq. Allah köməkləri olsun, bu sevinci bizə yaşatdıqlarına görə təşəkkür edirəm".

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Cəfərov Vahid Əziz oğlu (Vahid Əziz), Əliyev Ramiz Məmmədəli oğlu (Ramiz Rövşən) və Yaqubov Musa Səfiməmməd oğluna (Musa Yaqub) “Xalq şairi” fəxri adı verilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Musa-Yaqub   Xalq-Şairi  





Xəbər lenti