Üç günlük hava proqnozu: Yağış, leysan, külək

  Üç günlük hava proqnozu:    Yağış, leysan, külək
  25 May 2019    Oxunub:3353
Respublikanın rayonlarında mayın 26, 27, 28-də hava şəraitinin dəyişkən olacağı gözlənilir.

Bu barədə Azvision.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat
Bildrilib ki, mayın 29-dək əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimal edilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.

Havanın temperaturu gecə 15-20°, gündüz 28-33° isti, dağlarda gecə 9-14°, gündüz 15-20° isti olacaq.

Azvision.az



Teqlər: ETSN   Hava   Proqnoz   Yağış  





Xəbər lenti