Səfər Mehdiyev "Mazımçay" gömrük postunda

Səfər Mehdiyev "Mazımçay" gömrük postunda
  26 May 2019    Oxunub:2204
Mayın 25-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda mövcud vəziyyətlə tanış olub.
DGK-dən Azvision.az -a verilən məlumata görə, Səfər Mehdiyev Gürcüstanla dövlət sərhədində yerləşən "Mazımçay" gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib, bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi barədə Komitə sədrinə məlumat verilib.

Səfər Mehdiyev dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsi, eləcə də sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz şəkildə reallaşdırılmasına dair tapşırıq və tövsiyələrini verib.

Azvision.az



Teqlər: DGK   Gömrük   Mazımçay   Səfər-Mehdiyev  





Xəbər lenti