Bakıda güclü külək 5 ağacı kökündən çıxardı

 Bakıda güclü külək 5 ağacı kökündən çıxardı
  27 May 2019    Oxunub:2265
Dünəndən etibarən Bakıda müşahidə edilən güclü külək nəticəsində 5 ağacın kökündən çıxaraq aşması ilə bağlı müraciət daxil olub.

Bunu Azvision.az -a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.
Onun sözlərinə görə, həmin ağaclar mütəxəssislər tərəfindən götürülüb: “Paytaxın müxtəlif ərazilərində qəzalı vəziyyətə düşmüş ağaclar qeydə alınır, əyilmiş, aşma ehtimalı olan ağaclar isə budanaraq təhlükəsiz vəziyyətə gətirilir. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Əvvəlki aylarla müqayisədə hazırda ağacların aşma, sınma ehtimalı daha böyükdür, çünki ağaclar yarpaqlayıb və inkişaf dövründədirlər”.





Aytən Zəhra
Azvision.az



Teqlər: Ağac  





Xəbər lenti