İyunun 2-də buraxılış imtahanı keçiriləcək

   İyunun 2-də buraxılış imtahanı keçiriləcək
  27 May 2019    Oxunub:1637
İyunun 2-də Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən Azvision.az-a verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.

Azvision.az


Teqlər: DİM   Buraxılış   İmtahan  





Xəbər lenti