General Türkiyədə səfərdə olub
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə ordu generalı A.Çetin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarm Qüvvələri arasında işgüzar əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasını diqqətə çatdıraraq, Qoşunlarımızın daha da təkmilləşdirilməsi üçün daima lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.
General-leytenant Ş.Məmmədov səmimi və qonaqpərvər qəbul üçün dərin təşəkkürünü bildirərək, dostluq və qardaşlıq əlaqələrimizin daha dərinləşməsində bizim də maraqlı olduğumuzu deyib.
Həmin gün nümayəndə heyəti Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər, Daxili İşlər nazirinin müavini Muhterem İnce, Jandarm və Sahil Təhlükəsizlik Akademiyasının rəisi Hüseyin Kurtoğlu ilə görüşüb, Jandarm Baş Komandanlığında Əməliyyatların idarə edilməsi Mərkəzində olub.
Səfər çərçivəsində Jandarm Özəl Asayiş Komandanlığında nümayəndə heyətinə ictimai asayişin qrup şəklində pozulması, kütləvi iğtişaşların qarşısının alınması və silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsi üzrə göstərici məşğələlər nümayiş etdirilib. Bununla yanaşı, nümayəndə heyəti Türkiyə Jandarm Qüvvələrində təlim-tədrisin təşkili və bütün növ maddi-texniki təminat məsələləri ilə də yaxından tanış olub.
Azvision.az