“Facebook”da transgenderin şəklini yayan 3 AZAL əməkdaşı işdən çıxarıldı

   “Facebook”da transgenderin şəklini yayan 3 AZAL əməkdaşı işdən çıxarıldı
  27 May 2019    Oxunub:10041
“Azərbaycan Hava Yolları” QSC (AZAL) bir neçə gündür sosial şəbəkələrdə müzakirə edilən, özünü AZAL-ın əməkdaşı kimi təqdim edərək profilində transgender şəxsə məxsus pasportun şəklini paylaşan "Nazilə Muradova" adlı istifadəçi ilə bağlı məsələyə aydınlıq gətirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Azvision.az -a bildirib ki, 26 may 2019-cu il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradovanın sosial şəbəkələrdə etdiyi paylaşım ciddi rezonans doğurub və bununla əlaqədar olaraq aviaşirkət tərəfindən dərhal daxili araşdırma aparılıb.

“Araşdırmanın yekunlarına əsasən məlum olub ki, “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol verib. Bununla əlaqədar olaraq, hər 3 əməkdaş dərhal işdən azad olunub. Bu məsələ ilə bağlı sərnişinimizdən və cəmiyyətimizdən üzr istəyirik. Sözügedən məsələni ictimailəşdirdiyinə və haqlı mövqe nümayiş etdirdiyinə görə cəmiyyətimizə dərin təşəkkürümüzü bildiririk", - deyə AZAL rəsmisi qeyd edib.

Aytən Zəhra
Azvision.az



Teqlər: AZAL   Facebook  





Xəbər lenti