“GəncLİK” proqramına start verilir

“GəncLİK” proqramına start verilir
  27 May 2019    Oxunub:1715
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə həyata keçirdiyi“GəncLİK”(Gənc Liderlərin İnkişafı Konsepsiyası) proqramı üçün ərizə qəbuluna start verilir.
Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, son illər ərzində ölkəmizdə gənclər siyasəti sahəsində istər qanunvericilik, istərsə də təcrübi sahədə mütərəqqi addımlar atılır, gənclərin özünü reallaşdırması və potensialının üzə çıxarılması üçün lazımi şərait yaradılır.

Gənclərin ictimai həyatda rolunun artırılması baxımından onların qərar qəbul etmə, natiqlik, məsuliyyəti öz üzərinə götürmə və s. kimi liderlik bacarıqlarının müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi aktual məsələlərdir.

“GəncLİK”proqramının məqsədigənclərin liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi,onların potensialının hərtərəfli təkmilləşdirilməsidir. Cari ilin sentyabr-dekabr aylarını əhatə edəcək proqram çərçivəsində 30 gənc lider yerli və xaricimütəxəssislərin təlimlərində iştirak edəcək, onların regionlara səfərləri və dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşləri təşkil olunacaq.

Növbəti mərhələdə isə iştirakçılar dövlət qurumlarında, tanınmış şirkətlər və beynəlxalq təşkilatlarda ödənişli təcrübə keçəcəklər. Məzun liderlərə fərdi ideyalarını reallaşdırmaq üçün xüsusi dəstək veriləcək, onların karyera inkişafı təşviq olunacaq.

Proqramda iştirak etmək istəyən 27 yaşınadək bakalavr dərəcəsi olan gənclərwww.genclider.az internet səhifəsi vasitəsi ilə 24 iyun tarixinədəkmüraciət edə bilərlər.

Azvision.az



Teqlər: GəncLİK   ASAN  





Xəbər lenti