Almaniya Prezidentindən Azərbaycana təbrik

   Almaniya Prezidentindən Azərbaycana təbrik
  27 May 2019    Oxunub:1577
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə təbrik məktubu ünvanlayıb.
Azvision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Cənab Prezident.

Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına həm öz adımdan, həm də həmvətənlərim adından ən xoş arzularımı bildirirəm.

Azərbaycan və Almaniya 27 illik dinamik və etibarlı diplomatik əlaqələrə malikdirlər. Bu il biz Bakıdakı Alman Dili Tədris Mərkəzinin 10 illik yubileyini qeyd edirik. Mən çox şadam ki, alman dilinin tədrisinə və alman mədəniyyətinə Azərbaycanda belə yüksək münasibət bəslənilir. 2018-ci ildə açılmış Höte Mərkəzi mədəniyyət sahəsində əməkdaşlığımızı daha da gücləndirdi. Almaniya, həmçinin siyasi dialoqu da davam etdirməyə daim hazırdır.

Mən Sizə xoş diləklərimi çatdırır və Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram".

Azvision.az


Teqlər: Ştaynmayer   Prezident  





Xəbər lenti