Taxılçılığın inkişafı ilə bağlı yeni birlik yaradıldı

Taxılçılığın inkişafı ilə bağlı yeni birlik yaradıldı
  27 May 2019    Oxunub:1682
Ölkədə fəaliyyət göstərən taxıl istehsalçıları və emalçılarının təşəbbüsü, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub.
Azvision.az -ın məlumatına görə, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, son dövrlər ölkədə yaradılan sahəvi assosiasiyaların sayı artıq 30-a yaxınlaşıb.

"Assosiasiya taxılçılığın inkişafı, bu sahəyə diqqətin atırılması, bu istiqamətdə fəaliyyət göstərənlərə dəstək məqsədilə yaradılıb. İqtisadi səmərəliliyin artırılması məqsədilə 51 iri fermer təsərrüfatı, aqro parklar yaradılır. Bu təsərrüfatlarda heyvandarlıq, bitkiçilik əsas prioritetlərdir. Aqrotexniki xidmətlər yüksək səviyyədə təmin olunduğu üçün məhsuldarlıq da yüksək olur".

Nazir müavini qeyd edib ki, iri təsərrüfatların 24-nə güzəştli kredit ayrılıb. "Bunlara ümumilikdə 162 milyon manat dövlətin güzəştli krediti verilib".

Daha sonra “Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin Nizamnaməsi qəbul edilib.

Aytən Zəhra
Azvision.az



Teqlər:





Xəbər lenti