“Yağış kənd təsərrüfatına ziyan vurmayıb” - Nazirlik rəsmisi

  27 May 2019    Oxunub : 780
 “Yağış kənd təsərrüfatına ziyan vurmayıb” - Nazirlik rəsmisi
Son günlər ölkədə müşahidə edilən yağıntılı hava şəraiti kənd təsərrüfatına ziyan vurmayıb.
Azvision.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib. O bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri və Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən yağıntılı hava şəraiti ilə əlaqədar rayonlarda təsərrüfatlara baxış keçirilib.

"Yalnız 3 rayonda - Göygöl, Qusar, Yardımlı rayonlarında fərdi təsərrüfatlara qismən zərər dəydiyi müəyyənləşib. Amma bu zərər ümumi kənd təsərrüfatı sahəsinə dəyəcək zərər səviyyəsində deyil. Məsələn, 10 hektar bir sahədə 20 sotluq ərazidə taxıl yatıb".

Aytən Zəhra
Azvision.az

Teqlər: KTN   Nazirlik